Bank Of Baku

Meksika yığma komandasının futbolçusu oğurlanıb

Meksika yığma komandasının futbolçusu oğurlanıb
# 29 may 2016 19:38 (UTC +04:00)

Bakı-APA. Meksika yığma komandası və Yunanıstanın “Olimpiakos” klubunun futbolçusu Alan Pulido naməlum şəxslər tərəfindən oğurlanıb.

 

APA-nın “Mediotiempo”-ya istinadən verdiyi məlumata görə, insident Meksikada, idmançının istirahət etdiyi Syudad-Viktoriya şəhərində qeydə alınıb.

 

Hüquq-mühafizə orqanları futbolçunun tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri aparır. Bildirilir ki, cinayətkarlar heç bir tələb irəli sürməyiblər.

 

Qeyd edək ki, son Dünya çempionatının iştirakçısı Alan Pulido 2015-ci ildən “Olimpiakos” klubunun şərəfini qoruyur. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR