Bank Of Baku

Məşhur futbolçunun evi qarət olunub

Məşhur futbolçunun evi qarət olunub
# 04 mart 2017 03:42 (UTC +04:00)

Məşhur britaniyalı futbolçu Con Terrinin evi qarət olunub.

 

APA-nın "Sun" qəzetinə istinadən verdiyi xəbərə görə, insident fevralın 25-də, Surrey qraflığında qeydə alınıb.

 

Adıçəkilən evi İngiltərə yığma komandasının sabiq kapitanı 2014-cü ildə tanınmış qolfçu Kolin Montqomeridən 5 milyon funt sterlinqə alıb.

 

Cinayət C.Terri həyat yoldaşı ilə birgə Dubayda olduqları vaxt baş verib. Faktla bağlı polis araşdırma aparır.  

 

1998-ci ildən Londonun “Çelsi” klubunun şərəfini qoruyan  C.Terri cari mövsümdə İngiltərə çempionatında 5 oyun keçirib. Onun klub ilə müqaviləsi 2017-ci ilin yayında bitir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR