Bank Of Baku

Məşhur ingilis hakim azan səsinə görə oyunu saxlayıb

Məşhur ingilis hakim azan səsinə görə oyunu saxlayıb
# 26 yanvar 2018 12:37 (UTC +04:00)

İngiltərəli hakim Mark Klattenburq maraqlı addımı ilə diqqət mərkəzinə düşüb. Apasport.az saytı Britaniya mətbuatına istinadən xəbər verir ki, o, Səudiyyə Ərəbistanında qərarı ilə hamını şoka salıb.

 

Belə ki, “Əl Feyha” – “Əl Fateh” qarşılaşmasını idarə edən Klattenburq matçın gedişində oyunu dayandırıb. Buna səbəb məsciddən azan səsinin gəlməsi olub. İngiltərə Premyer Liqasının sabiq referisi matçı iki dəqiqədən çox saxlayıb. Bu zaman bəzi futbolçular namaz qılmaq üçün dərhal meydanı tərk etdiyi halda, qalanları fürsətdən yararlanaraq istirahət ediblər.  

 

Klattenburq bu jestinə görə tribunadakılar tərəfindən alqışlanıb. Bundan əlavə, onun bu hərəkəti Səudiyyə Ərəbistanında müsbət qarşılanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR