Bank Of Baku

Messi “Barselona”nın heyətində 500-cü qolunu vurub

Messi “Barselona”nın heyətində 500-cü qolunu vurub
# 23 aprel 2017 23:11 (UTC +04:00)

İspaniyanın “Barselona” klubunun argentinalı futbolçusu Lionel Messi komandasının heyətində 500-cü qolunu vurub.

 

 APA-nın məlumatına görə, bu, İspaniya çempionatı çərçivəsində Madrid “Real” ilə matçda baş verib.

 

Madriddə keçirilən qarşılaşmada “Barselona” rəqibini 3:2 hesabı ilə məğlub edib. Messi oyunda “dubla”  imza ataraq klub karyerasında vurulan qolların sayını 500-ə çatdırıb.

 

Qeyd edək ki, Lionel Messi “Barselona”nın heyətində 8 qat İspaniya çempionu, 4 qat İspaniya Kubokunun və 4 qat Çempionlar Liqasının qalibi olub. O, karyerası ərzində həmçinin 5 dəfə “Qızıl top” mükafatına layiq görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR