Azərbaycan millisi Ermənistan yığmasına qalib gəlib

Azərbaycan millisi Ermənistan yığmasına qalib gəlib
# 08 iyul 2016 16:38 (UTC +04:00)

Bakı - APA Xorvatiyanın Zaqreb şəhərində stolüstü tennis üzrə yeniyetmələr və gənclərin Avropa çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, iyulun 17-dək davam edəcək çempionat Azərbaycan millisi üçün uğurla başlayıb.

İlk oyunda Ermənistan yığması ilə qarşılaşan oğlanlardan ibarət millimiz 3:0 hesabı ilə qalib gəlib. Komandamızın öz qrupunda növbəti rəqibləri Estoniya və İsrail komandaları olacaq.

İlk görüşlər qızlardan ibarət millimiz üçün də uğurlu olub. Lüksemburq və Avstriya komandalarına 3:0 hesabı ilə qalib gələn yığmamız növbəti oyunlarını Bosniya-Herseqovina, Avstriya və İspaniyaya qarşı keçirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR