Bank Of Baku

Millimiz İrlandiya, Ukrayna və Bolqarıstanla eyni qrupa düşüb

Millimiz İrlandiya, Ukrayna və Bolqarıstanla eyni qrupa düşüb
# 13 dekabr 2016 11:28 (UTC +04:00)

2018-ci ildə keçiriləcək 17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə 52 komanda 13 qrupa bölünüb.

 

Azərbaycan millisi 11-ci qrupda yer alıb. Yığmamız İrlandiya, Ukrayna və Bolqarıstanla mübarizə aparacaq.

 

Bu mərhələnin qarşılaşmaları 2017-ci ilin payızında keçiriləcək. Noyabrın 19-dək yekunlaşmalı olan mərhələdə hər qrupda ilk iki yeri tutanlar, həmçinin “üçüncülər” arasında ən yaxşı nəticəyə malik 4 komanda elit-raunda vəsiqə əldə edəcək.

 

Qeyd edək ki, final mərhələsinin meydan sahibi İngiltərə və yarışa elit-raunddan başlayacaq Almaniya ilə Portuqaliya seçmə mərhələdən azaddı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR