Bank Of Baku

Millimizin ilk oyunu Litvaya qarşı olacaq

Millimizin ilk oyunu Litvaya qarşı olacaq
# 19 dekabr 2016 14:22 (UTC +04:00)

Yanvarda Rusiyada keçiriləcək Valentin Qranatkinin xatirəsinə həsr olunmuş turnirin təqvimi müəyyənləşib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, yarışda iştirak edəcək Azərbaycan millisi ilk oyununu yanvarın 9-da keçirəcək.

 

C qrupunda yer alan 17 yaşadək futbolçulardan ibarət millimiz həmin gün Litva ilə üz-üzə gələcək. Komandamız iki gündən sonra Qazaxıstanla münasibətlərinə aydınlıq gətirəcək. Yığmamız qrupdakı son sınağını isə yanvarın 13-də Slovakiyaya qarşı verəcək.

 

Azərbaycan millisi qrupu ilk iki pillədə tamamlasa, yanvarın 16-da 1/4 final oyununa çıxacaq. Turnirin yarımfinal görüşləri yanvarın 18-də, final matçı isə 21-də baş tutacaq.

 

 

C qrupunun təqvimi

 

9 yanvar

13:00. Litva – Azərbaycan

15:15. Slovakiya – Qazaxıstan

 

11 yanvar

13:00. Qazaxıstan – Azərbaycan

15:15. Slovakiya – Litva

 

13 yanvar

13:00. Litva – Qazaxıstan

15:15. Azərbaycan – Slovakiya

 

Qeyd: Başlama saatları Bakı vaxtı ilə göstərilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR