Bank Of Baku

Paraqvaylı menecer: “Azərbaycan çempionatı bizim üçün yaxşı bazardı”

Paraqvaylı menecer: “Azərbaycan çempionatı bizim üçün yaxşı bazardı”
# 08 fevral 2018 09:14 (UTC +04:00)

“Azərbaycan futbol klubları paraqvaylı futbolçular üçün yaxşı transfer bazarıdı”. Apasport.az saytı xəbər verir ki, bu barədə Paraqvay mətbuatında qeyd olunub.

 

Belə ki, Derlis Meza Kollidən sonra onun qardaşı Sezar Meza Kollinin də ölkəmizə qayıtması və Fransisko Xavyer Qarsiyanın qış fasiləsində “Neftçi”yə transferi maliyyə imkanları ilə əlaqələndirilir.

 

Bildirilir ki, Azərbaycan Premyer Liqasının səviyyəsi artmaqdadı. Həm əcnəbi oyunçuların rəqabət şansını artıran, həm də maddi baxımdan sərfəli çempionat hesab edilir.

 

Adıçəkilən futbolçuların meneceri Dario Torales isə ölkəmizə gətirdiyi həmyerlilərinin burda xoşbəxt olduqlarını söyləyib: “Fransisko Qarsiyanın “Neftçi”yə keçidi artıq həll olunub və o, yeni komandası ilə müqavilə imzalayıb. Qato özü “Serro Portenyo” ilə müqaviləsinə xitam vermişdi. O, “Neftçi”də digər futbolçumuz Derlis Meza Kolli ilə birlikdə oynayacaq. Hər ikisi orda xoşbəxtdi. Sezar Meza Kolli də “Keşlə” ilə anlaşdı. Artıq bu həftəsonu Azərbaycan çempionatında fasilə başa çatacaq”.

 

Menecer daha bir neçə paraqvaylının ölkəmizə gələcəyini istisna etməyib: “Azərbaycan Premyer Liqası bizim üçün gözəl bazardı və ora ilə işbirliyini tədricən daha da genişlədəcəyik. Hazırda paraqvaylı hücumçu Dario Lezkanoya Avropada klub axtarırıq. Ancaq onun transfer məsələsini Almaniyanın II Bundesliqa təmsilçisi “İnqolştadt”la müzakirə edirik”.

 

Qeyd edək ki, ötən ay Fransisko Xavyer Qarsiya “Neftçi” ilə 1 illik, Sezar Meza Kolli isə “Keşlə” ilə 6 aylıq müqavilə imzalayıb. Derlis Meza Kollinin də “ağ-qaralar”la anlaşma müddəti mövsümün sonuna qədərdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR