Bank Of Baku

Perişiç "İnter"də qalır

Perişiç "İnter"də qalır
# 02 sentyabr 2017 12:18 (UTC +04:00)

Milanın "İnter" futbol klubunun yarımmüdafiəçisi İvan Perişiçin gələcək taleyinə aydınlıq gəlib. Apasport.az saytının xarici mətbuata istinadən verdiyi məlumata görə, xorvatiyalı futbolçu daha bir neçə il "neradzurra"nın formasını geyinmək qərarına gəlib.

 

Yay fasiləsində "Mançester Yunayted"in israrla heyətinə qatmaq istəməsinə baxmayaraq, "İnter"də qalan 28 yaşlı oyunçu hazırkı komandası ilə yeni müqavilə imzalamağa hazırlaşır. Yeni sazişə salınacaq bəndə görə, onun sərbəst qalma məbləği 70 milyon avro olacaq.

 

Qeyd edək ki, İvan Perişiç "İnter"ə 2015-ci ildə 17 milyon avro müqabilində "Volfsburq"dan keçib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR