Bank Of Baku

Ronaldinyo: "PSJ mənim üçün xüsusi klubdu"

Ronaldinyo: "PSJ mənim üçün xüsusi klubdu"
# 28 yanvar 2017 12:56 (UTC +04:00)

"PSJ mənim üçün xüsusi klubdu. Məhz burda Avropa karyerama başlamışam". Apasport.az saytı xəbər verir ki, bunu Braziliya yığmasının sabiq futbolçusu Ronaldinyo deyib.

 

Sabiq komandası PSJ-nin dəvəti ilə Fransaya yollanan "sambaçı" Liqa-1-in XXII turu çərçivəsində sabah "Monako" ilə keçiriləcək qarşılaşmanı tribunadan izləyəcək.

 

Paris təmsilçisinin rəsmi saytına danışan Ronaldinyo keçmiş klubu barədə müsbət fikirlər səsləndirib: "PSJ-yə böyük hörmətim və sevgim var. Yenidən bu klubun düşərgəsində olmaq mənim üçün xoşdu. Çoxlu sayda mükəmməl futbolçunu PSJ-də görmək əladı. Hamı bilir ki, PSJ hazırda dünyanın ən güclü futbol komandalarından biridi. Burda çoxlu dostum var. Tiaqo Silvanı dünyanın ən yaxşı müdafiəçilərindən hesab edirəm. Tiaqo Motta və Lukas Moura da karyeram ərzində birgə oynadığım ən yaxşı futbolçulardandı".

 

Qeyd edək ki, karyerası ərzində Avropada "Barselona" və "Milan" klublarında da oynamış Ronaldinyo 2001-2003-cü illərdə PSJ-nin formasını geyinib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR