Bank Of Baku

Rusiyanın futbol yığmasında qalmaqal yaranıb

Rusiyanın futbol yığmasında qalmaqal yaranıb
# 03 iyul 2017 14:55 (UTC +04:00)

Rusiya millisinin düşərgəsində xoşagəlməz hadisələr yaşanıb. Apasport.az xəbər verir ki, bu barədə məlumatı tanınmış lenta.ru saytı yayıb.

 

Bildirilir ki, bir neçə futbolçu ilə baş məşqçi Stanislav Çerçesov arasında münaqişə baş verib. Qapıçı İqor Akinfeyevdən sonra digər oyunçular Vasili Berezutski, Artyom Dzyuba və Alan Dzaqoyev də baş məşqçiyə sərt şəkildə etirazını bildirib.

 

FİFA Konfederasiyalar Kuboku-2017-də uğursuz çıxışa baxmayaraq, postundan getməyən Çerçesov günahı futbolçularda görmüşdü. Məhz bunun yaratdığı qığılcım artıq ciddi problemə çevrilib. Berezutskinin milli karyerasını başa vurduğu, Akinfeyevin də analoji addımı atmağa hazırlaşdığı vurğulanıb.

 

Qeyd edək ki, Stanislav Çerçesov ötən ilin avqust ayında Rusiya yığmasının “sükanı arxası”na gətirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR