“Nar Mobile” I Avropa Oyunlarına öz töhfəsini verən könüllüləri xüsusi bonuslarla mükafatlandıracaq

“Nar Mobile” I Avropa Oyunlarına öz töhfəsini verən könüllüləri xüsusi bonuslarla mükafatlandıracaq
# 07 noyabr 2014 11:06 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. I Avropa Oyunlarına öz töhfəsini verən könüllülər mobil operatordan xüsusi bonus qazanacaq.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, “Nar Mobile” “Bakı-2015” Avropa Oyunlarına öz töhfəsini vermək istəyən hər bir vətəndaşın bu təşəbbüsünü dəstəkləmək məqsədilə xüsusi aksiyaya start verib. Belə ki, mobil operator ilk Avropa oyunlarına könüllü olaraq qatılaraq öz töhfəsini vermək istəyən hər bir kəs üçün xüsusi hədiyyə paketi hazırlayıb.

Aksiya çərçivəsində “Nar Mobile”-a qoşulan könüllülər pulsuz SIM kart, öz aralarında aylıq 300 dəqiqəlik danışıq, 300 SMS və 300 MB İnternet trafiki kimi bonuslar əldə edəcək, bu limit bitdikdən sonra isə dəqiqəsi cəmi 2 qəpikdən danışmaq fürsəti qazanacaqlar. Könüllülər arasında keçirilən müsabiqənin qalibləri isə əlavə hədiyyələr qazanmaq imkanına sahib olacaqlar.

I Avropa Oyunlarının rəsmi tərəfdaşı olan “Nar Mobile” mobil operatoru hər kəsi ümumi uğurumuza könül verməyə səsləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR