Bank Of Baku

Ukraynalı məşqçi: “Qəbələ” düzgün yoldadı”

Ukraynalı məşqçi: “Qəbələ” düzgün yoldadı”
# 16 dekabr 2016 10:44 (UTC +04:00)

“Qəbələ”nin Avropa Liqanın qrup mərhələsindəki çıxışı barədə oğlumla danışmamağa çalışıram. Bu komandanı yüksək səviyyəli məşqçi Roman Qriqorçuk çalışdırır. O, qrup mərhələsində keçirdikləri bütün oyunların təhlilini aparacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ukraynanın “Zarya” klubunun baş məşqçisi Yuri Vernidub deyib.

 

Ölkəsinin mətbuatına geniş müsahibə verən çalışdırıcı söhbət əsnasında “Qəbələ” və bu komandanın formasını geyinən oğlu Vitali Vernidub barədə də danışıb.

 

O bildirib ki, “Qəbələ” Avroliqanın qrup mərhələsində 6 görüşün hamısında uduzsa da, komanda düzgün yoldadı: “Nəzərə alaq ki, “Qəbələ” ardıcıl ikinci dəfə Avroliqada qrup mərhələsinə düşüb. Özü də bunu mübarizəyə I təsnifat mərhələsindən başladıqları halda bacarıblar. Bu, böyük uğurdu. Qrup mərhələsinə düşənə qədər ötən il “Panatinaikos”, bu il isə “Lill” kimi komandaları mübarizədən kənarlaşdırıblar. “Qəbələ” düzgün yoldadı. Mən onlara görə, sevinirəm. Avroliqanın qrup mərhələsində iştirak həm futbolçular, həm də məşqçilər korpusu üçün böyük təcrübə deməkdi”.

 

Qriqorçukla yaxşı münasibətdə olduğunu deyən Yuri Vernidub “Vitalinin “Zarya”ya qayıtması mümkündümü” sualına belə cavab verib: “Bizim Qriqorçukla dostluq münasibətimiz var. Görüşəndə bir-birimizi isti qarşılayırıq. O, əla mütəxəssisdi. Mən onu izləyirəm, Qriqorçukdan öyrənməli çox şey var. O ki qaldı oğlumun “Zarya”ya qayıtmaq məsələsinə, bu barədə danışmaq mənim üçün çətindi. O, peşəkar futbolçudu və “Qəbələ” ilə müqaviləsi var. Əgər gəlmək istəsə, deyəcək. Bu suala özü cavab versə, daha yaxşı olar”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR