Bank Of Baku

Yığmamızın futbolçusu “Osmanlıspor”da oynaya bilər

Yığmamızın futbolçusu “Osmanlıspor”da oynaya bilər
# 12 iyun 2017 12:11 (UTC +04:00)

Azərbaycan millisinin hücumçusu Dəniz Yılmaz karyerasını Türkiyədə davam etdirəcək. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, “Bursaspor”un oyunçusu Superliqanın digər klubuna keçməyə hazırlaşır.

 

Belə ki, Bursa klubunda əsas komandadan uzaqlaşdırılan və transferə çıxarılan 29 yaşlı forvard “Osmanlıspor”un formasını geyinməyə yaxındı.

 

Futbolçu ilə danışıqlara başlayan klub rəhbərliyi Dənizlə artıq anlaşıb. İndi qalır “Bursaspor”u bu keçidə razı salmaq. “Ağ-yaşıllar” müqavilə müddətinin sonuna 2 il qalan oyunçunun keçidinin əleyhinə deyil. Lakin bursalılar onu havayı yola salmaq niyyətində deyillər.

 

Hər iki klub transferin baş tutmasında maraqlı olduğundan, millimizin forvardının yaxın günlərdə “Osmanlıspor”a keçidi gözlənilir.

 

Qeyd edək ki, Dəniz Yılmaz “Bursaspor”a ötən il “Trabzonspor”dan keçib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR