"Seçmə mərhələyə olduqca uğurlu start götürmüşük. Bu seriyanı Bakıda da davam etdirməliyik". Apasport.az saytının məlumatına görə, bunu Almaniya yığmasının müdafiəçisi Yonas Ektor deyib.
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sabah Azərbaycan millisi ilə keçiriləcək qarşılaşmada iştirakı gözlənilən sol cinah müdafiəçisi komandaların şanslarını dəyərləndirib.
27 yaşlı futbolçu millimizin qrupun iddialı komandalarından biri olduğunu söyləyib: "Azərbaycan bu seçmə mərhələyə uğurlu başlanğıc edib. Onların hədəfi qrup ikinciliyidi. Məncə, belə bir məqsədi olan komandadan ehtiyatlanmağa dəyər. Ancaq biz yalnız öz işimizə baxmalıyıq. Seçmə mərhələdə işlərimiz yolunda gedir. Bu üzdən də dayanmaq olmaz, xallarımızın sayını mümkün qədər artırmalıyıq".
Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan - Almaniya matçı saat 20:00-da start götürəcək.