Bank Of Baku

Zidan və Messi DÇ-2018-in rəsmi topunu təqdim edəcəklər

Zidan və Messi DÇ-2018-in rəsmi topunu təqdim edəcəklər
# 03 noyabr 2017 21:13 (UTC +04:00)

Madridin “Real” klubunun baş məşqçisi Zinəddin Zidan, “Barselona”nın hücumçusu Lionel Messi və İspaniya millisinin keçmiş yarımmüdafiəçisi Xabi Alonso 2018-ci il futbol üzrə dünya çempionatının topunun rəsmi təqdimatında iştirak edəcəklər.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, tədbir noyabrın 9-da Moskvada keçiriləcək.

 

Dünya çempionatının rəsmi topu “Adidas” şirkəti tərəfindən hazırlanıb.

 

Qeyd edək ki, futbol üzrə XXI dünya çempionatı Rusiyada gələn il iyunun 14-dən iyulun 15-dək keçiriləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR