Bakının “Zirə” klubu heyətini daha bir futbolçu ilə gücləndirib.
APA-nın məlumatına görə, paytaxt təmsilçisi Nicat Süleymanovla anlaşıb.
20 yaşlı yarımmüdafiəçi növbəti mövsümün sonuna kimi “Qarabağ”dan icarəyə götürülüb.
Qeyd edək ki, Süleymanov Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının üzvüdür.