2019/20 futbol mövsümünə hazırlaşan “Zirə və “Qəbələ” klubları yoxlama oyunu keçirib.
APA-nın məlumatına görə, qarşılaşma Zirə İdman Kompleksində baş tutub.
Matçda hesabı paytaxt təmsilçisi açıb. “Qəbələ”nin futbolçusu Murad Musayev avtoqol müəllifi olub.
Görüşün ikinci hissəsində daha bir qol vurulub. Meydan sahiblərini qapısına yol tapan Murad Musayev hesabda tarazlıq yaradıb – 1:1.
Qeyd edək ki, Azərbaycanı Avropa Liqasının II təsnifat mərhələsində təmsil edəcək “Qəbələ” iyulun 4-də Türkiyə toplanışına yollanacaq. “Zirə” isə qonşu ölkəyə iyulun 20-də yollanacaq.