Xiyabaninin dağıdılmış, Səməd Behrənginin şəkli oğurlanmış məzarları - ARAŞDIRMA

Xiyabaninin dağıdılmış, Səməd Behrənginin şəkli oğurlanmış məzarları - ARAŞDIRMA
# 05 oktyabr 2023 12:47 (UTC +04:00)

Birinci yazı – XOY

İkinci yazı – Urmiya

Üçüncü yazı – Güney Azərbaycanda Novruz adətləri

Dördüncü yazı – Güney Azərbaycanda farslaşdırılmış türk adları

Beşinci yazı – Ərdəbil

Altıncı yazı – Güney Azərbaycanın milli oyanışında futbolun gücü

Yeddinci yazı - Marağa

Səkkizinci yazı - Təbrizdə Amerika bayrağına sarılaraq, oda atılan Azərbaycan sazı

Doqquzuncu yazı - Zəncan şəhəri: iki mədəniyyətin çarpışdığı yer

Onuncu yazı - Güney Azərbaycandakı görkəmli tarixi məkanlardan biri - ŞƏHƏRYERİ

On birinci yazı - Əhər: Azərbaycan mədəniyyətinin qorunduğu şəhər

On ikinci yazı - Urmiya gölü: Güney Azərbaycanın qanayan yarası

On üçüncü yazı - Urmiya gölü quruyarsa: Xəstəliklər artacaq, əkinçilik məhv olacaq, insanlar köçəcək

On dördüncü yazı - Urartunun yadigarı, Şah Abbasın dağıtdığı qədim Azərbaycan şəhəri

On beşinci yazı - Strabonun bəhs etdiyi sirli Azərbaycan şəhəri

APA “Güney Azərbaycanı tanı” layihəsi çərçivəsində Məhəmməd Rəhmanifərin Güney Azərbaycanın qəbirləri haqqında məqaləsini təqdim edir.

Güney Azərbaycanın tarixi qəbiristanlıqları bu yurdun qədim kimliyinin təzahürüdür. Günümüzdə tarixi qəbiristanlıqlar tarixçilərlə yanaşı, antropoloqların da diqqətini çəkir. Bu səbəbdən köhnə və tarixi qəbiristanlıqların qorunub saxlanması bir xalqın tarixi-mənəvi irsinin qayğısına qalmaq səylərinin bir hissəsi kimi vacib görünür.

Türk xalqları arasında ən qədim çağlardan bəri əcdadların qəbirlərinə xüsusi önəm və ehtiram göstərilib. Əski türklərin bu vərdişi tarix atası kimi tanınan Herodotun da diqqətini çəkib. Herodotun yazdığına görə, iskitlərin məlikəsi fars padşahı Daraya cavab olaraq deyir ki, əgər bizim əcdadlarımızın məzarlarını dağıtsanız, bizdən çox sərt cavab alacaqsınız.

Deməli, bir zamanlar əcdadlarımızın məzarını təhqir etmək bağışlanmaz günah sayılırdı. Nə yazıq ki, son zamanlarda istər quzeydə, istərsə də güneydə bu acıları bizlərə yaşadanlar oldu. Əcdadlarımızın məzarlarını təhqir edənlər sadəcə bizdən acıq çıxmaq peşində olmamışlar. Onların başqa bir məqsədləri də bizim tarixi kimliyimizi məhv etmək olub. Deməli, bizi yer üzündən silib məhv etmək istəyən düşmənlərimiz nənə-babalarımızın məzarlarına da rəhm etməyiblər. Onların niyyəti bizim tarixi torpaqlarımızda buraxdığımız izləri silmək olub. Bizim nənə-babalarımızın məzarları da eynən öz varlığımız kimi bu torpaqların bizə aid olduğunun göstərgəsi sayılır və düşmənlərimizin bir amacı da bu faktları məhv etmək idi. Məsələn, Təbrizdə məşrutə qiyamı (1906-1911) şəhidlərinin qəbiristanlığından heç bir əsər-əlamət tapmaq mümkün deyil. Belə ki, Rza şah dövründə məşrutə şəhidlərinin xatirəsini insanların beynindən silmək üçün Təbrizin Qacil məhəlləsinin qəbiristanlığını dağıdıb yerində indiki Gülüstan bağını tikiblər (Xiyabani və başqa məhəllələrin qəbiristanlıqlarında dəfn edilən başqa məşrutə qəhrəmanlarının taleyi də eyni olub və onlardan da bir iz tapmaq mümkün deyil)!

Məşrutə qəhrəmanı, Milli Sərdar Səttarxanın (1866-1914) cənazəsi Tehranın Şah Əbduləzim ziyarətgahında dəfn edilib. Günümüzə qədər qorunub saxlansa da, onun da məzarının acınacaqlı durumu hər bir azərbaycanlının ürəyini ağrıdır. Azərbaycan mədəniyyət xadimlərinin dəfələrlə Tehrandan tələb etməklərinə baxmayaraq, İran hökuməti nə bu məzarın Təbrizə daşınması, nə də qorunub-saxlanılması üçün işlərin görülməsinə izn verib.

پاسخ آیت الله روحانی به نامه خانواده ستارخان در خصوص انتقال پیکر ستارخان از  تهران به تبریز + تصویر استفتاء

(Bu sadə məzar daşı təkcə Azərbaycanın deyil, həm də İranın azadlığının qəhrəmanı sayılan Səttar xanın məzarıdır!)

Güney Azərbaycan türklərinin də azadlıq simvolu sayılan daha bir məşrutə qəhrəmanının məzarının vəziyyəti Səttarxanın məzarının vəziyyətindən də acınacaqlıdır. Şeyx Məhəmməd Xiyabani (1879-1920) həm İranın, həm də Güney Azərbaycanın özgürlüyü uğrunda canından keçən azərbaycanlı qəhrəmandır. Cənazəsi Səttarxanın cənazəsi kimi Tehranın Şah Əbduləzim ziyarətgahında olan Şeyx Məhəmməd Xiyabaninin məzarı tikinti bəhanəsi ilə təxrib edilib. Güney Azərbaycan mədəniyyət xadimlərinin etirazlarına və istəklərinə baxmayaraq, məzarın Təbrizə daşınmasına icazə verilməyib.

(Şeyx Məhəmməd Xiyabaninin məzarının durumu)

Baxımsız qalan, hətta dağıdılan təkcə Səttarxanın və ya Şeyx Məhəmməd Xiyabaninin məzarı deyil. Yuxarıdakı sətirlərdə qeyd etdiyimiz kimi, Güney Azərbaycanın bir çox tarixi qəbiristanlıqları və tanınmış simalarının məzarları dağıdılmış və ya baxımsız qalıb. Məsələn, Güney Azərbaycanın dünya şöhrətli yazarı, Səməd Behrənginin məzarı üstə çəkilmiş rəsmi götürülüb.

روی سنگ قبر صمد بهرنگی نوشته شده است دوست از دست رفته بچه ها.حتما همه آن  بچه هایی که روزی قصه های صمد را میخواندند بزرگ شده اند.لابد… | Instagram

(Səməd Behrənginin məzarının üstündəki şəkli götürülüb)

Bir çox Güney Azərbaycanlı çağdaş yazar, şair və mədəniyyət xadiminin də məzarı təxrib edilir və ya hörmətsizliyə məruz qalır. Bəzi məzar daşları yalnız üzərlərində Azərbaycan türkcəsində yazıldığı üçün təxrib edilir.

Əvvəlki yazılarımızdan birində Şəhər yeri adlanan tarixi bir qəbiristanlıqdakı başdaşılarının başına gələnləri yazmışdıq. Bu yazıda isə 3 başqa tarixi qəbiristanlığın durumunu açıqlayacağıq. Bu qəbiristanlıqların müəyyən dərəcədə qorunub-saxlanılmasına baxmayaraq, böyük hissələri bilərəkdən və ya bilməyərək təxrib edilib.

Təbrizdə Dəmir çağına aid 4000 illik qəbiristanlıq

Təbrizin tarixi Göy Məscidinin yanında yerləşən bu qəbiristanlıqda yaşı 3000-4000 il olan qəbirlər var. Bu qəbirlər Göy Məscidin ətrafında ticarət kompleksinin tikintisi məqsədilə qazılarkən aşkar edilib. Azərbaycan xalqının və mədəniyyət xadimlərinin ciddi etirazlarına baxmayaraq, təəssüf ki, ticarət kompleksinin qazıntı və tikintisi prosesi dayandırılmayıb və aşkar edilmiş möhtəşəm tarixi kompleksin yalnız kiçik bir hissəsi qorunub-saxlanılaraq muzeyə çevrilib. Bu tarixi qəbiristanlıqda ana bətnindəki döl şəklində basdırılmış ümumilikdə 38 qəbir diqqət çəkib.

Görünür, onların əksəriyyəti gənc yaşda ölüb. Körpə uşaqların qəbirləri sadə, yeniyetmələrin qəbirləri isə kvadrat formasındadır və içində 2 saxsı qab var. Uşaqlar oyuncaqları, qadınlar zinət əşyaları, kişilər isə döyüş silahları ilə dəfn edilib.

Bəzi cəsədlərin yanında saxsı qablar və yemək effektləri aşkar edilib ki, bu da onların mitraizm inancına inandıqlarını təsdiqləyir. Qeyd etmək lazımdır ki, Güney Azərbaycanın bəzi bölgələrində mitraizm inancına bağlı məbədlərin aşkar edilməsi bu inancın qədim zamanlarda Azərbaycanda yayğın olduğundan xəbər verir.

Bəzi qəbirlərdə saxsı qablar var ki, onların daha zəngin adamlara məxsus olması ehtimal edilir. Meyitlərin yanında basdırılan əşyalardan aydın olur ki, bu insanlar ölümdən sonra həyata, bəlkə də ölümdən sonra yenidən dirilməyə inanırmışlar.

Meşkinşəhərdə (Xiyav) Dəmir dövrünə aid 4000 illik qəbiristanlıq

Əvvəlki yazıların birində Meşkinşəhrin, Şəhər Yeri adlı nəhəng kolleksiyasını təqdim etmişdik. Meşkinşəhər, yaxud Xiyav şəhərində Şəhər Yeri adlı nəhəng kolleksiyadan başqa dəmir çağına aid bir qəbiristanlıq da yerləşməkdədir. Əslində, bu qəbiristanlıqla Təbrizdəki dəmir çağına aid olan qəbiristanlıq arasında çoxlu oxşarlıqlar var. Məsələn, hər iki qəbiristanlıqda ölülərlə birlikdə saxsı əşyalar və yemək qabları basdırılıb.

Qızıl Qəyə adlı kəndin yaxınlığında tapılan bu tarixi qəbiristanda Dəmir çağına aid 11 qəbir bulunmaqdadır. Bu kolleksiyanın qəbirlərindən birində süngü, tunc xəncər və boz saxsı kimi hədiyyələr tapılıb.

 گورستانهای طبقاتی عصر آهن در مشکین شهر کشف شد

Təbrizdə pinə-şalvar (Şadbad-i Məşayix) qəbiristanlığı

Pinə-şalvar (Şadbad-i Məşayix) qəbiristanlığı Təbrizin İslamdan əvvələ qədər uzanan köhnə və tarixi qəbiristanlıqlarından biridir. Səhənd dağının yamacında yerləşdiyinə görə, bu qəbiristanlıq soyuq qış iqliminə və nisbətən sərin yay iqliminə malikdir. Səhənd dağının vulkanik zirvələri var. Günümüzdə fəaliyyətsiz vulkanik zirvələr hesab edilsə də, tarix boyu bu ərazidəki vulkanik daşlar keçmişdən müxtəlif tikintilərdə istifadə edilib. Əslində, bu qəbiristanlığı digər qəbiristanlıqlardan fərqləndirən eyni daşlarla tikilmiş daş mənhirlərdir. Bu mənhirlər Güney Azərbaycanın daha öncə tanıtdığımız Şəhər Yeri mənhirlərindən tamamən fərqli olaraq Güney Türkmənistanda, Xəzər gölünün cənub-qərbində İran sərhədlərinin daxilində yerləşən türkmənlərin yaşadığı bölgə, Xalid Nəbi qəbiristanlığının mənhirlərinə bənzəməkdədir.

(Təbrizdə pinə-şalvar (Şadbad-i Məşayix) qəbiristanlığı)

(Təbrizin pinə-şalvar qəbiristanlığının mənhirlərinə bənzəyən başqa bir türk yurdu sayılan Güney Türkmənistandakı Xalid Nəbi qəbiristanlığının mənhirləri)

(Təbrizdə pinə-şalvar (Şadbad-i Məşayix) qəbiristanlığı)

İslamdan əvvəlki dövrə aid olan bu qəbiristanlığın qədim mənhirlərinin üzərində hər hansı yazı izləri olmadığı üçün onların mahiyyəti haqqında fikir yürütmək çətinləşib. Təbii ki, bu qəbiristanlıqdakı qəbir daşlarının heç də hamısı İslamdan əvvəlki dövrə aid deyil. İslamdan sonrakı dövrə aid qəbir daşlarında ümumiyyətlə kufi və ya ərəb qrafikası ilə yazılar var. Qeyd edək ki, İslamdan sonrakı dövrlərə aid olan qəbir daşları zahiri görkəminə görə tamamilə fərqlidir və eyni qəbiristanlıqda yerləşən qədim mənhirlərlə heç bir oxşarlığı yoxdur.

Bu qəbiristanlıqda 13-15-ci əsrlərdə dünyadan köçmüş bir neçə hökmdar, mürşid və sufinin də torpağa tapşırıldığı məlumdur. Onların arasında atasından sonra Cəlairi hökmdarlarının ikinci ən məşhur sultanı olmuş Böyük Şeyx Həsən oğlu Sultan Oveysi qeyd edə bilərik.

Güney Azərbaycan

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR