Bank Of Baku

Penitensiar Sistemə Nəzarət İctimai Komitənin üzvləri 16 saylı Cəzaçəkmə Müəssisəsində olublar

Penitensiar Sistemə Nəzarət İctimai Komitənin üzvləri 16 saylı Cəzaçəkmə Müəssisəsində olublar
# 05 sentyabr 2008 14:58 (UTC +04:00)
Bakı. Hacı Zeynalov-APA. Bu gün Ədliyyə Nazirliyi yanında Penitensiar Sistemə Nəzarət İctimai Komitənin bir qrup üzvü 16 saylı Cəzaçəkmə Müəssisəsində olub. Bu barədə APA-ya məlumat verən İctimai Komitənin üzvü Əliməmməd Nuriyev bildirib ki, onlar cəzaçəkmə müəssisəsində məhkumların saxlanma şəraiti, qidalanma və müalicə proseslərinin necə həyata keçirilməsi ilə maraqlanıblar. Müəssisədə şəraitin standartlara cavab verdiyinin deyən Ə. Nuriyevin sözlərinə görə, məhkumların yaxın adamları ilə qısa və uzun müddətli görüşləri yüksək səviyyədə təşkil edilir.
Qeyd edək ki, bu cəzaçəkmə müəssisəsində müxtəlif müddətlərə cəza alan 803 məhkum saxlanılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR