Bank Of Baku

Azərbaycanda polislər üçün treninq keçiriləcək

Azərbaycanda polislər üçün treninq keçiriləcək
# 05 sentyabr 2008 15:57 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycanda İnsan Hüquqlarına Dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupu Daxili İşlər Nazirliyinin dəstəyi ilə sentyabrın 8-dən 19-a qədər xarici ekspertlərin iştirakı ilə yerli polislər üçün treninq kursu keçirəcək. İşçi Qrupdan APA-ya daxil olan məlumata görə, silsilə tədbirin açılışı və ilk məşğələlər bazar ertəsi Polis Akademiyasında baş tutacaq. Treninq sentyabrın 10-u Lənkəranda, 12-si – Gəncədə, 14-ü – Göyçayda, 16-17-sı Daxili Qoşunlar üçün – Bakıda olacaq. Təlimin məqsədi iştirakçıları seçki qabağı dövrdə, seçki günündə və seçkilərdən sonra polis əməkdaşlarının rolu və təhlükəsizlik məsələlərinin təmin olunması haqqında təlimləndirməkdən ibarətdir. Məşqlər zamanı polis nəfərlərinin həmçinin kritik hadisənin idarə olunması, təlimin təşkil və təqdimatı, təlimin idarə olunma və inkişaf etdirilməsi digər mövzularda tədris ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR