Bank Of Baku

Göygöl rayonunda baş verən yol qəzasında 3 nəfər ölüb

Göygöl rayonunda baş verən yol qəzasında 3 nəfər ölüb
# 26 sentyabr 2008 11:03 (UTC +04:00)
Bakı-APA. Dünən saat 12.45 radələrində Göygöl rayonu ərazisində, Murovdağ qəsəbə sakini Mülkədar Məmmədovun idarə etdiyi "VAZ-21011" markalı və Gəncə şəhər sakini Rafiq Mədətinin idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, M. Məmmədovun sərnişinlərindən qızı Nurcan hadisə yerində ölüb, xəsarət alan M. Məmmədov, oğlu İsmayıl, qızı Lalə, qohumu Könül Məmmədova, habelə R. Mədəti və onun sərnişinləri, Gəncə şəhər sakinləri Elşad Həsənov, Rəna Hüseynova isə xəstəxanaya yerləşdiriliblər. R. Mədəti və İsmayıl orada ölüblər. Faktla bağlı Göygöl rayon Polis Şöbəsi tərəfindən araşdırmalar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR