Bank Of Baku

Bakıda və Qubada baş verən yol qəzaları ölümlə nəticələnib

Bakıda və Qubada baş verən yol qəzaları ölümlə nəticələnib
# 26 sentyabr 2008 11:11 (UTC +04:00)
Bakı-APA. Dünən saat 22.15 radələrində Sabunçu dairəsinin yaxınlığında Zabrat qəsəbə sakini Sərdar Cəfərov "Mercedes" markalı avtomaşını idarə edərkən Saatlı rayon sakini Murad Vəliyevi vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, xəsarətlə xəstəxanaya yerləşdirilən M. Vəliyev orada ölüb. Həmin gün
saat 17.30 radələrində Quba rayonu ərazisində, rayon sakini Fuad Hüseynov "VAZ-2107" markalı avtomaşını idarə edərkən həmyerlisi Əhməd Məmmədovu vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən Ə. Məmmədov sentyabrın 26-da orada ölüb. Hər iki faktla bağlı araşdırmalar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR