Bank Of Baku

UNİCEF-in növbəti hesabatında Azərbaycanın uşaq ölümünün səviyyəsinə görə tutduğu mövqe dəyişəcək

UNİCEF-in növbəti hesabatında Azərbaycanın uşaq ölümünün səviyyəsinə görə tutduğu mövqe dəyişəcək
# 26 sentyabr 2008 11:28 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Yoxsulluqla Mübarizəyə Qlobal Çağırış Koalisiyası Azərbaycandakı prezident seçkiləri kampaniyasından ana və uşaq sağlamlığı probleminin həlli məqsədilə istifadə etmək üçün dəyirmi masa təşkil edib. APA-nın məlumatına görə, İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu bildirib ki, məsələ ilə əlaqədar indiyədək bəzi prezidentliyə namizədlərlə görüş keçirilib. Koalisiyanın üzvi Azər Mehtiyev isə Azərbaycanda ana və uşaq ölümü barədə bəzi məlumatları açıqlayıb. O, UNİCEF və Azərbaycan hökumətinin bu sahədə fərqli göstəriciləri olduğunu söyləyib. Beynəlxalq təşkilatın məlumatına əsasən 2006-cı ildə hər 1000 diri doğulan körpəyə 73 ölüm faktı düşübsə, Azərbaycan hökuməti bu göstəricinin 11,9 olduğunu bəyan edib. A. Mehtiyev xatırladıb ki, UNİCEF-in son hesabatında Azərbaycan uşaq ölümünün səviyyəsinə görə 88 əmsalla 189 ölkə arasında 46-cı yeri tutub. Bu reytinqi o qədər də düzgün saymayan koalisiya üzvi hesab edir ki, Azərbaycanda bu sahədə vəziyyət hesabatda göstərilən qədər təhlükəli deyil.

UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin təmsilçisi Natiq Umarov isə deyib ki, hesabat hazırlanarkən 2000-2001-ci illərdə aparılmış sorğulara istinad edilib, eyni zamanda əvvəlki illərdə uşaq ölümü tendensiyasına əsaslanaraq orta rəqəm götürülüb. Hesabatdakı 88 əmsalının qeyri-real olmasının mümkünlüyünü etiraf edən N. Umarovun sözlərinə görə, bu ilin sonu, gələn ilin əvvəlində UNİCEF-in “Dünya uşaqlarının sağlamlığı” üzrə yeni hesabatı açıqlanacaq. Yeni qiymətləndirməyə görə, Azərbaycanda 2007-ci il üzrə bir yaşadək uşaqlar arasında ölümün səviyyəsi 34, beş yaşadək uşaqlar arasında ölüm səviyyəsi isə 39 səviyyəsində olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR