Bank Of Baku

Gəncədə ev yanıb

Gəncədə ev yanıb
# 26 sentyabr 2008 11:50 (UTC +04:00)
Gəncə. Nəzakət Məşədiəliqızı –APA. Gəncə şəhərinin Gülüstan qəsəbəsində güclü yanğın baş verib. Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsindən APA-nın qərb bürosuna bildirilib ki, Tofiq Hacıyevə məxsus 4 otaqlı mənzilin 16 kvadrat metrlik 1 otağı əşyalarla birgə tamamilə yanıb. Məlumata görə, Hacıyevlər ailəsi yanğın baş verən mənzillərini kirayə veriblər və orada kirayədə qalan şəxslər 2 gün əvvəl evi boşaldıblar. Hadisə nəticəsində xəsarət alan olmayıb. Qeyd olunub ki, hadisənin baş vermə səbəbləri araşdırma başa çatandan sonra məlum olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR