Bank Of Baku

Ali Məhkəmənin sədri Ramiz Rzayev Türkiyənin ədliyyə naziri ilə görüşüb

Ali Məhkəmənin sədri Ramiz Rzayev Türkiyənin ədliyyə naziri ilə görüşüb
# 26 sentyabr 2008 14:52 (UTC +04:00)
Bakı-APA. Ali Məhkəmədə Azərbaycanda səfərdə olan Türkiyənin ədliyyə naziri Mehmet Əli Şahinlə görüş keçirilib. Ali Məhkəmənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Ali Məhkəmənin sədri Ramiz Rzayev ölkəmizlə Türkiyənin məhkəmə-hüquq sistemləri arasında əlaqələrin uğurla inkişaf etdiyini qeyd edib. R. Rzayev Azərbaycanda məhkəmə sisteminin tarixi, Ali Məhkəmənin yeni strukturu, fəaliyyəti və gələcək perspektivləri barədə qonağa məlumat verib. Mehmet Əli Şahin iki ölkə arasında qarşılıqlı əməkdaşlığın böyük əhəmiyyət daşıdığını vurğulayaraq bu əməkdaşlıq bundan sonra da davam etdiriləcəyini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR