Bank Of Baku

Nardaran sakinləri ABŞ-ın sabiq səfiri Stenli Eskuderoya məxsus torpaq sahəsində aksiya keçirəcəklər

Nardaran sakinləri ABŞ-ın sabiq səfiri Stenli Eskuderoya məxsus torpaq sahəsində aksiya keçirəcəklər
# 26 sentyabr 2008 15:04 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Nardaran qəsəbəsinin bir qrup sakini ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, hazırda Bakıda yaşayan Stenli Eskudero ilə aralarında yaranan torpaq problemi ilə bağlı aksiya keçirəcəklər. Qəsəbə sakinlərinin səlahiyyətli nümayəndəsi Rasim Əlizadə APA-ya bildirib ki, aksiya sentyabrın 27-də qəsəbənin “Səfxani” adlanan ərazisində keçiriləcək. Aksiya iştirakçıları S. Eskudronun ailəsinin onların uzun illərdən bəri əkib becərdiyi 30 hektar torpaq sahəsini ələ keçirməsinə etiraz edəcəklər. Qeyd edək ki, Nardarandakı Səfxani adlanan ərazidəki torpaq sahəsi 2006-cı ildə məhkəmənin qərarı ilə kənd camaatının əlindən alınıb. Sakinlər bu hadisədən 1 il sonra xəbər tuta bilib. Məhkəmə qərarı Cəbrayılov Salman adlı qəsəbə sakinin iddiası əsasında çıxarılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR