Bank Of Baku

Azərbaycanda hərbi hissələrdən birində öz yoldaşını silahla yaralayaraq qaçan əsgər tutulub

Azərbaycanda hərbi hissələrdən birində öz yoldaşını silahla yaralayaraq qaçan əsgər tutulub
# 26 sentyabr 2008 15:14 (UTC +04:00)
APA-nın məlumatına görə, Şərur rayon Hərbi Komissarlığından hərbi ximətə çağırılan Elşən Hüseynov aralarında olan münaqişə zəminində əsgər yoldaşı Şəki Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılan Pirimov İlqar Sabir oğluna avtomat silahdan atəş açıb. Güllələrdən yalnız biri zərərçəkənin qoluna dəyib. Məlumata görə, təcili olaraq Naxçıvan MR Hərbi Hospitalına çatdırılan əsgərin hazırda vəziyyəti normaldır.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu isə APA-ya açıqlamasında hərbi hissəni tərk edən əsgərin tutularaq xidməti yerinə təhvil verildiyini və məsələ ilə əlaqədar təhqiqat aparıldığını söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR