Bank Of Baku

Ədliyyə naziri BQXK-nin nümayəndələrini qəbul edib

Ədliyyə naziri BQXK-nin nümayəndələrini qəbul edib
# 26 sentyabr 2008 15:27 (UTC +04:00)
Bakı-APA. Ədliyyə naziri Fikrət Məmmədov bu gün Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin səlahiyyət müddəti başa çatan və yeni rəhbərlərini – Martin Amaşeri və Tun Vandenhuvu qəbul edib. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir görüşdə ölkəmizdə insan haqlarının, o cümlədən məhkumların hüquqlarının təmin olunmasına xüsusi diqqət yetirildiyini, bu sahədə beynəlxalq təşkilatlarla, xüsusilə BQXK ilə səmərəli əməkdaşlıq olunduğunu bildirib. F. Məmmədov beynəlxalq təşkilatların nümayəndələrinin, hüquq müdafiəçilərinin penitensiar sistemdə köklü dəyişikliklərin şahidi olduqlarını, islahatlar nəticəsində məhkumların saxlanma şəraitinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılaraq beynəlxalq tələbələrə uyğunlaşdırıldığını diqqətə çatdırıb. Görüşdə BQXK nümayəndələrinin mütəmadi olaraq penitensiar müəssisələrə baş çəkməsinin, verilən təkliflərin əhəmiyyəti vurğulanıb. Eyni zamanda məhkumlar arasında vərəmə qarşı mübarizədə digər səylərin çox müsbət nəticələr verdiyi, ölüm hallarının 20 dəfəyə yaxın azaldığı qeyd edilib.
Ədliyyə Nazirliyi ilə əməkdaşlıqdan məmnun qaldığını söyləyən M. Amaşer Azərbaycanın penitensiar sistemində aparılan köklü islahatların müsbət nəticələr verdiyini bildirib. O, son vaxtlar vərəmli xəstələrin müalicəsinin yüksək nəticələr verdiyini də diqqətə çatdırıb. Görüşdə qarşılıq əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR