Bank Of Baku

Azərbaycan Texniki Universitetinin müəllimi saxta sənəd satmaq faktı ilə bağlı tutulub

Azərbaycan Texniki Universitetinin müəllimi saxta sənəd satmaq faktı ilə bağlı tutulub
# 10 oktyabr 2008 09:19 (UTC +04:00)
Bakı-APA. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nadir Musəvi saxta doğum haqqında şəhadətnaməni 350 manata satarkən tutulub. Bu barədə APA-ya DİN-in mətbuat xidmətindən bildirilib. Məlumata görə, şəhadətnaməni N. Müsəviyə satmaq məqsədi ilə vermiş, Azərbaycan Texniki Universitetinin baş müəllimi, Bakı şəhər sakini Faiq Əliyev də tutulub. F. Əliyevin evinə baxış zamanı 50 ədəd müxtəlif sənədlər və 200 ədəd müxtəlif blanklar aşkar edilərək götürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR