Bank Of Baku

Azərbaycanın BMT-nin İnsan Haqları Şurasına növbəti hesabatı gələn ilin fevralında təqdim olunacaq

Azərbaycanın BMT-nin İnsan Haqları Şurasına növbəti hesabatı gələn ilin fevralında təqdim olunacaq
# 10 dekabr 2008 12:15 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Azərbaycanın BMT-nin İnsan Haqları Şurasına növbəti hesabatı 2009-cu ilin fevralında təqdim olunacaq”. APA-nın məlumatına görə, bu barədə Ombudsman Elmira Süleymanova bildirib. Onun sözlərinə görə, hazırda hesabat üzərində iş başa çatmaq üzrədir: “İnsan Haqları Şurasına Azərbaycan hökuməti rəsmi hesabat, QHT-lər isə alternativ hesabat təqdim edəcəklər. Ombudsman Aparatı isə Şuraya Azərbaycanda insan hüquqlarının pozuntuları, görülən işlər və çətinliklər barədə geniş arayış təqdim edəcək”.
E. Süleymanova bildirib ki, Ombudsman Aparatı hökumətin rəsmi hesabatına əlavə olunmaq üçün 30-a yaxın təklif verib. Hazırda bu təkliflər də baxılma ərəfəsindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR