Bank Of Baku

Sumqayıtda gənc ailə dəm qazından boğulub

Sumqayıtda gənc ailə dəm qazından boğulub
# 10 dekabr 2008 12:54 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Azərbaycanın Sumqayıt şəhərində gənc ailə dəm qazından boğulub. Sumqayıt şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə şəhərin 6-cı mikrorayon ərazisində yerləşən 125 saylı mənzildə baş verib. Həmin ünvanda yaşayan, 1982-ci il təvəllüdlü Süleyman Vəlixanov, onun həyat yoldaşı, 1986-cı il təvəllüdlü Nətəvan Vəlixanova və onların hələ bir yaşı tamam olmayan qızı Cəmilə Vəlixanova dəm qazından boğulublar. Bu səhər huşsuz vəziyyətdə qohumları tərəfindən evlərində aşkarlanan ailə üzvləri təcilli olaraq şəhər xəstəxanasına yerləşdiriliblər. Hazırda onların vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR