Bank Of Baku

Xidməti silahı ilə giziri güllələyən əsgərin məhkəməsi başlayıb

Xidməti silahı ilə giziri güllələyən əsgərin məhkəməsi başlayıb
# 10 dekabr 2008 14:38 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Azərbaycan Ordusunun əsgəri Sərkərov Faiq Şair oğlunun cinayət işi ilə bağlı hazırlıq iclası keçirilib. APA-nın məlumatına görə, hakim Mürsəl Əliyevin sədrliyi ilə keçirilən iclasda prokuror ittiham aktını təqdim edib. İttiham aktına əsasən əsgər F. Sərkərov Cinayət Məcəlləsinin 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 330.3 (zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurmaqla törədildikdə, habelə digər ağır nəticələrə səbəb olduqda), 332.2.1 (təkrar törədildikdə) maddələri ilə ittiham olunur. Məhkəmə baxışı dekabrın 17-nə təyin olunub.
Qeyd edək ki, Xaçmaz rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan 1988-ci il təvəllüdlü Faiq Sərkərov xidmət etdiyi Göygöl rayonunda yerləşən “N” saylı hərbi hissədə xidməti silahı ilə gizir, 1988-ci il təvəllüdlü Afiq Tərlanovu güllələyib. Çoxsaylı güllə yarası alan A. Tərlanov hadisə yerində keçinib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR