Bank Of Baku

Bakıda həkim qarət olunub

Bakıda həkim qarət olunub
# 10 dekabr 2008 14:47 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. “Xəzər” klinikasının həkiminin avtomobili qarət edilib. Nizami rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün baş verib. Klinikanın həkimi Elmir Şəmiyevə məxsus “Mercedes” markalı, 90 DF 320 dövlət nömrə nişanlı avtomobil iş yerinin qarşısında naməlum şəxslər tərəfindən qarət olunub. Qarətçilər avtomobilin şüşəsini qırmaqla maşında olan kompüteri və sənədləri aparıblar. Hazırda hadisəni törədənlərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR