Bank Of Baku

Azərbaycan Ordusunun keçmiş zabiti Kamran Əsədovun və digər 19 nəfərin məhkəməsində təqsirləndirilən şəxslər ifadə verib

Azərbaycan Ordusunun keçmiş zabiti Kamran Əsədovun və digər 19 nəfərin məhkəməsində təqsirləndirilən şəxslər ifadə verib
# 10 dekabr 2008 15:25 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Azərbaycan Ordusunun keçmiş zabiti Kamran Əsədovun və digər 19 nəfərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA-nın məlumatına görə, hakim İslam Neymanovun sədrliyi ilə qapalı keçirilən prosesdə Bəxtiyar Orucov, İlkin İsmayılov və Kamran Babayev ifadə verib. Təqsirləndirilənlər ifadələrində ittiham aktında qeyd olunan məqamları etiraf ediblər. Sonra təqsirləndirilənlər hakimin cinayət işinin müvafiq epizodları üzrə onlara ünvanlanan suallarını cavablandırıblar. Proses dekabrın 16-da davam etdiriləcək.
Xatırladaq ki, təqsirləndirilən şəxslər - Kamran Əsədov, Bəxtiyar Orucov, Fərid Cabbarov, Elşən Məmmədov, Kamran Babayev, Samir Mehbalıyev, Tərlan Kərimov, Edqar Əliyev, Ramil Kərimov, Şirvani Babayev, Samir Əliyev, Yalçın Məhərrəmov, Orxan Əlizadə, Hacıbala Hüseynov, Azər İbadov, Şəhriyar Mehrəliyev, Ramin Cəlilov, Rövşən Əbdüləliyev, İlkin İsmayılov və Vüqar Əliyev dini radikal qrupda birləşərək, hərbi mübarizəyə başlamağa cəhd etməkdə, Bakıdakı “LUKoyl” yanacaqdoldurma məntəqəsinə silahlı basqın etməkdə, ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərinə qarşı terror aktı hazırlamaqda və s. cinayətlərdə ittiham olunurlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR