Bank Of Baku

Müstəntiq: “Üç nöqtə” qəzetinin oğurluq baş vermiş otaqlarında qan izləri aşkarlanıb”

Müstəntiq: “Üç nöqtə” qəzetinin oğurluq baş vermiş otaqlarında qan izləri aşkarlanıb”
# 10 dekabr 2008 15:38 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. “Üç nöqtə” qəzetinin redaksiyasında baş vermiş oğurluq faktı ilə bağlı Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsində Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə (oğurluq) cinayət işi başlanıb. Bu barədə APA-ya faktı araşdıran müstəntiq Bəhruz Məmmədov məlumat verib. Onun sözlərinə görə, bu gün hadisə yeri əməliyyatçılar tərəfindən tədqiq olunub və dəlillər toplanıb. Müstəntiq oğurluq baş verən otaqlarda qan izlərinin aşkarlandığını da qeyd edib.

Qeyd edək ki, bayram günləri zamanı “Üç nöqtə” qəzetinin redaksiyasının pəncələri sındırılıb, ofisdən 5 kompüter monitoru və 1 printer oğurlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR