Bank Of Baku

Hüquq müdafiəçisi istintaq təcridxanasında aclıq aksiyası keçirən Yalçın Həsənovla görüşüb

Hüquq müdafiəçisi istintaq təcridxanasında aclıq aksiyası keçirən Yalçın Həsənovla görüşüb
# 10 dekabr 2008 15:51 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov bu gün 1 saylı İstintaq Təcridxanasında olub. Bu barədə APA-ya məlumat verən hüquq müdafiəçisi orada 6 gündür aclıq edən Əzizbəyov rayonunun sabiq prokuroru Rəşid Həsənovun oğlu Yalçın Həsənovla görüşüb. Y. Həsənovun saxlanma şəraitindən narazı olmadığını diqqətə çatdıran hüquq müdafiəçisi onun barəsində açılmış cinayət işi üzrə işi istintaqın gərəzli aparılmasından şikayət etdiyini bildirib. E. Behbudov həmçinin Y. Həsənovun bu səbəbdən də bu ayın 5-dən aclıq aksiyasına başladığını bildirib. Komitə sədri həmçinin təcridxanada Dəvəçi rayonunun Dağ Bilici kənd sakinləri Nailə və Reyhanə Məcidova bacılarını qətlə yetirməkdə təqsirləndirilən Qələgah kənd sakinləri - Təvəkkül və Elnur İsmayılov qardaşları ilə görüşüb. Onların da saxlanma şəraitindən heç bir şikayətinin olmadığını vurğulayan E. Behbudov deyib ki, təqsirləndirilən şəxslər 2007-ci ildə Dəvəçi rayon Polis Şöbəsində işgəncələrə məruz qaldıqlarını bildiriblər. İsmayılov qardaşları onların barəsində açılmış cinayət işi üzrə aparılan istintaq tədbirlərindən narazı olduqlarını da açıqlayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR