Bank Of Baku

Bakıda rəsmi sənədləri saxtalaşdırmaqda təqsirli bilinən iki qadın həbs edilib

Bakıda rəsmi sənədləri saxtalaşdırmaqda təqsirli bilinən iki qadın həbs edilib
# 11 dekabr 2008 07:47 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Azərbaycan paytaxtında rəsmi sənədləri saxtalaşdırmaqda təqsirli bilinən iki qadın həbs edilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1968-ci il təvəllüdlü Arzu Abdulla qızı Babayeva və 1979-cu il təvəllüdlü Şəlalə Rəşid qızın Cəfərova Cinayət Məcəlləsinin 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddəsi ilə təqsirli bilinir. Səbayel rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində təqsirləndirilən şəxslərin hər ikisi həbs edilib. Faktla bağlı istintaq tədbirləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR