Bank Of Baku

Bakıda vətəndaşların külli miqdarda pulunu mənimsəyən iş adamı həbs edilib

Bakıda vətəndaşların külli miqdarda pulunu mənimsəyən iş adamı həbs edilib
# 11 dekabr 2008 08:01 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Azərbaycan paytaxtında vətəndaşların külli miqdarda pulunu mənimsəyən iş adamı həbs edilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1976-cı il təvəllüdlü Namiq Musa oğlu Axundov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirli bilinir. Onun yaşadığı Binəqədi rayonu ərazisində bizneslə məşğul olduğu və tabeliyində olan vətəndaşların külli miqdarda pulunu mənimsədiyi bildirilir. Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının rayon Məhkəməsinin qərarı əsasında apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində N. Axundov saxlanılaraq məsuliyyətə cəlb edilib. Faktla bağlı istintaq tədbirləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR