Bank Of Baku

Avropa Məhkəməsinin hakimi: “Azərbaycanla bağlı çıxarılan qərarlar icra olunur”

Avropa Məhkəməsinin hakimi: “Azərbaycanla bağlı çıxarılan qərarlar icra olunur”
# 11 dekabr 2008 09:47 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. “Avropa Məhkəməsinin çıxardığı qərarlar icra olunmalıdır”. APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycandan olan hakimi Xanlar Hacıyev bildirib. X. Hacıyev deyib ki, Avropa Məhkəməsinin qərarlarının icra olunması bir növ mədəniyyətdir: “Rusiya böyük bir dövlətdir və çıxarılan qərarlardan narazı, razı olmasına baxmayaraq, bütün qərarları icra edir. Türkiyə də həmçinin. Biz də kənarda qalmamalıyıq, qərarlar icra olunmalıdır. Mən hesab edirəm ki, Azərbaycanda bu problem yoxdur. Məndə olan məlumata görə, Azərbaycanla da bağlı çıxarılan qərarlar icra olunur”.
X. Hacıyev Azərbaycanın Avropa Məhkəməsində bütün işləri uduzması ilə bağlı fikirlə razılaşmadığını deyib: “Siz yalnız çıxarılan qərarlar barədə bilirsiniz. Hansı qərarlar çıxarılmır, onları bilmirsiniz. Məhkəmə yalnız hökumətlə yazışma əsasında qərar çıxarır. Məsələlər var ki, hökumət düzgün mövqe göstərir və problem aradan qalxır”.
O, keçmiş səhiyyə naziri Əli İnsanovun şikayətlərinə Avropa İnsan Hüquqları Məhkəməsində növbədənkənar qaydada baxılacağı ilə bağlı verilən məlumatlara da münasibət bildirib: “Məhkəmə bunu havadan götürmür. Məhkumun şəxsiyyəti, öz vətənində tanınmağı və digər amillər nəzərə alınır. Məhkəmə müəyyən bir etapda bu maddəni aradan qaldıra da bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR