Bank Of Baku

“Ekstazi işi”nə görə təqsirli bilinən Yalçın Həsənov aclıq aksiyasını dayandırıb

“Ekstazi işi”nə görə təqsirli bilinən Yalçın Həsənov aclıq aksiyasını dayandırıb
# 11 dekabr 2008 11:04 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. “Ekstazi işi”nə görə təqsirli bilinən Yalçın Həsənov aclıq aksiyasını dayandırıb. APA-nın xəbərinə görə, bu gün keçirilən məhkəmə prosesində Yalçın Həsənov tələblərini yazılı şəkildə prosesə sədrlik edən hakim Azər Orucova təqdim edib. Təqsirləndirilən şəxs bildirib ki, əgər onun tələbləri obyektiv şəkildə araşdırılacaqsa, iş üzrə təqsirləndirilən şəxslərdən biri Orxan Nadirov azadlığa buraxılacaqsa, aclıq aksiyasını dayandıra bilər. Hakim A. Orucova bu tələblərin obyektiv araşdırılacağını, O. Nadirovun təqsiri sübut olunmayacağı halda azadlığa buraxılacağını deyib. Bundan sonra Y. Həsənov aclığı dayandırdığını bildirib.
Qeyd edək ki, Y. Həsənov bir həftə əvvəl aclığa başladığını bəyan edərək tələblərinin xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun azadlığa buraxılması, dərmanların yenidən ekspertizaya göndərilməsi, MTN-in müstəntiqi Kənan Əliyevin cəzalandırılması, işin yenidən baxılması üçün Baş Prokurorluğa verilməsi olduğunu deyib.
Qeyd edək ki, xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov, Bakı şəhərinin sabiq prokuroru Ədalət Mirsalamov və Əzizbəyov rayonunun sabiq prokuroru Rəşid Həsənovun övladları Mahir Mirsalamov, Yalçın Həsənov və daha 11 nəfərin cinayət işi üzrə məhkəmə prosesi keçirilir.
Adıçəkilən şəxslər narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsində ittiham olunurlar. İttiham aktına əsasən, onlar Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq), 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham olunurlar. Onlar bu ilin mayında Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində həbs ediliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR