Bank Of Baku

Qaradağda qaz balonunun sızmasından partlayış baş verib

Qaradağda qaz balonunun sızmasından partlayış baş verib
# 11 dekabr 2008 11:14 (UTC +04:00)
Bakı-APA. Dünən saat 12.00 radələrində Qaradağ rayonundakı AZNS qəsəbəsində qaz sızmasından partlayış baş verib. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, qəsəbədə yaşayan Zöhrə Məmmədovanın evində məişətdə istifadə olunan qaz balonunun sızmasından yanğına keçən partlayış olub. Nəticədə 16 kvm. sahədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, Z. Məmmədova isə yanıq xəsarətləri alıb. Faktla bağlı araşdırmalar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR