Bank Of Baku

Azərbaycanın Kürdəmir rayonunda oğul 72 yaşlı anasını lomla qətlə yetirib

Azərbaycanın Kürdəmir rayonunda oğul 72 yaşlı anasını lomla qətlə yetirib
# 11 dekabr 2008 11:48 (UTC +04:00)
Kürdəmir rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bir neçə gün əvvəl rayon mərkəzinin Bakı prospektində yerləşən 23 saylı mənzildə baş verib. Həmin ünvanda yaşayan, 1965-ci il təvəllüdlü Yaşar Məhərrəm oğlu Hüseynov anası, 1936-cı il təvəllüdlü Dursun Hüseynovanı lomla başından və bədənin müxtəlif nahiyələrindən zərbələr endirməklə qətlə yetirib. Anasını öldürən Y. Hüseynov meyiti evdə gizlədib və bu barədə heç kimə məlumat verməyib.

Şübhələnən qonşular bu barədə polisə bu gün məlumat veriblər. Hadisə yerinə gələn əməliyyatçılar D. Hüseynovanın meyitinin artıq iyləndiyinin şahidi olublar. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törədən Y. Hüseynov artıq saxlanılıb.

Faktla bağlı Kürdəmir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə (qəsdən adam öldürmə) cinayət işi başlanılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR