Bank Of Baku

Elmira Süleymanova Polşa Respublikasının ordeni ilə təltif olunub

Elmira Süleymanova Polşa Respublikasının ordeni ilə təltif olunub
# 11 dekabr 2008 12:15 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Polşa prezidenti Lex Kaçinski tərəfindən insan hüquqlarının müdafiəsi sahəsində nailiyyətləri, Polşa və Azərbaycan arasında dostluq münasibətləri və əlaqələrinin yaranmasında, beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsində xidmətlərinə görə Böyük Qızıl Xaç Ordeninin “Zabit” dərəcəsi ilə təltif olunub. Bu barədə APA-ya Ombudsman Aparatının mətbuat xidmətindən bildirilib. Məlumata görə, mükafat E. Süleymanovaya Polşanın Osvensim şəhərində Auşvits-Birkenau Dövlət muzeyində BMT-nin İnsan Hüquqları üzrə Ümumi Bəyannaməsinin 60 illiyinə həsr olunmuş beynəlxalq konfrans çərçivəsində keçirilən təntənəli mərasimdə təqdim olunub. Həmin mükafata həmçinin Avropa İnsan Hüquqları Ombudsmanı Nikiforoş Diamanduros, Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Tomas Hammerberq, həmçinin Litvanın, Gürcüstanın, Ukraynanın, Fransanın və İsrailin ombudsmanları da layiq görülüblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR