Bank Of Baku

Şirvanda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Şirvanda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib
# 11 dekabr 2008 13:00 (UTC +04:00)
Şirvan. Əlibəy Zeynallı-APA. Şirvan şəhərində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Bu barədə APA-nın Mil-Muğan bürosuna Şirvan şəhər Polis Şöbəsindən bildirilib. Məlumata görə, bu gün səhər saatlarında Hacıqabul rayon sakini Poladov Əziz Bəyulla oğlunun idarə etdiyi 90-JE-723 dövlət nömrə nişanlı “KAVZ” markalı avtobusla Şirvan şəhəri Puşkin küçəsi 18-də yaşayan, 1959-cu il təvəllüdlü Tarverdiyeva Rahilə Sədrəddin qızını vuraraq hadisə yerindən qaçıb. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Şirvan şəhər Polis Şöbəsində cinayət işi açılıb, təhqiqat aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR