Bank Of Baku

Bakıda polis bölmələrindən birinə yeni rəis təyin olunub

Bakıda polis bölmələrindən birinə yeni rəis təyin olunub
# 11 dekabr 2008 13:08 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə yeni rəis təyin olunub. Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, bölmə rəisi Azər Məmmədov yeni vəzifəyə təyin olunandan sonra onun yerinə əvvəllər həmin bölmədə rəis müavini vəzifəsində çalışmış Zaur Bədəlov bölmə rəisi təyin edilib. Artıq dünəndən Z. Bədəlov vəzifəsinin icrasına başlayıb.
Qeyd edək ki, Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin rəisi Azər Məmmədov bir müddət əvvəl tutduğu vəzifədən azad edilərək Suraxanı rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə təyin edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR