Bank Of Baku

Dekabrın 12-də Azərbaycan paytaxtında polis gücləndirilmiş iş rejiminə keçəcək, bəzi ərazilərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Dekabrın 12-də Azərbaycan paytaxtında polis gücləndirilmiş iş rejiminə keçəcək, bəzi ərazilərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
# 11 dekabr 2008 15:21 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar sabah paytaxt polisi gücləndirilmiş iş rejiminə keçəcək. Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev məlumat verib. Y. Əliyevin sözlərinə görə, paytaxtın “Parlament” prospekti və M. Hüseyn küçəsi sabah səhərdən bağlanacaq, Əzizbəyov heykəli ətrafında isə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Y. Əliyev məzarını ziyarətə gələnlərin Fəxri Xiyabanın giriş qapısından daxil olacaqlarını və 20 saylı orta məktəbin yerləşdiyi ərazidəki çıxış qapısından yola salınacaqlarını söyləyib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədov isə APA-ya açıqlamasında sabah səhərdən paytaxtın “Parlament” prospekti, M. Müşfiq dairəsi ilə “Mətbuat” prospektlərinin kəsişməsində, həmçinin H. Cavid prospekti ilə M. Müşfiq dairəsinin kəsişmələrində nəqliyyatın hərəkətinin tam məhdudlaşdırılacağını bildirib. V. Əsədov sürücüləri başqa alternativ yollardan istifadə etməyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR