Bank Of Baku

Tiflisin ən böyük bazarında baş verən yanğın nəticəsində azərbaycanlı iş adamlarına böyük ziyan dəyib

Tiflisin ən böyük bazarında baş verən yanğın nəticəsində azərbaycanlı iş adamlarına böyük ziyan dəyib
# 11 dekabr 2008 15:33 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Bu gün səhər Tiflis şəhərinin ən böyük ticarət mərkəzində - Lilo bazarında başlanan yanğın saat 15.00 radələrində söndürülüb. Bu barədə APA-nın Gürcüstan bürosuna Tiflis şəhərinin Fövqəladə Hallar üzrə Departamentinin rəisi Timur Georqadze bildirib. Onun sözlərinə görə, yanğının söndürülməsinə 26 yanğınsöndürən maşın cəlb olunub. Hadisə yerindən 55-60 yaşlarında yanmış kişi meyiti tapılıb. T. Georqadze deyib ki, yanğın zamanı 7 nəfər tüstüdən zəhərlənib. Hadisə şahidləri isə 15 nəfərin tüstüdən zəhərləndiyini, ölənin isə erməni millətindən olan, bazarda alver edən şəxs olduğunu deyiblər. Zəhərlənənlər Tiflisdəki xəstəxanalara yerləşdiriliblər. Azərbaycanın Gürcüstandakı səfirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, Loli bazarının 1500-2000 kvadratmetr sahəsi tamamilə yanıb. Bildirilib ki, yanğına bazarın oyuncaqlar bölməsində elektrik qısaqapanması səbəb olub. Hadisə nəticəsində azərbaycanlı iş adamlarına çox böyük maddi ziyan dəyib. Səfirlikdən onu da bildiriblər ki, faktla bağlı araşdırmalar aparılır, dəyən ziyanın miqdarı müəyyənləşdirilir. Hazırda polis bazarı əhatəyə alıb, həmin istiqamətdə hərəkət məhdudlaşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR