Bank Of Baku

Azərbaycanın ədliyyə naziri Serbiyada keçirilən beynəlxalq konfransda iştirak edib

Azərbaycanın ədliyyə naziri Serbiyada keçirilən beynəlxalq konfransda iştirak edib
# 11 dekabr 2008 15:42 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Ədliyyə naziri, Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədov Serbiyanın paytaxtı Belqradda ATƏT-in dəstəyi ilə “Məhkəmə hakimiyyətinin tədrisi” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edib. Ədliyyə Nazirliyindən APA-ya verilən məlumata görə, tədbirdə məhkəmə hakimiyyətinin gücləndirilməsində tədrisin əhəmiyyəti və bu işin beynəlxalq tələblərə uyğun təşkilinin vacibliyi qeyd edilib. Konfransda çıxış edən F. Məmmədov Azərbaycanda son dövrdə məhkəmə sisteminin təkmilləşdirilməsi üçün aparılan işlərə diqqət yönəldib. O, Azərbaycanda məhkəmə-hüquq islahatları, o cümlədən hakimlərin seçilməsi, onların beynəlxalq mütəxəssislərin iştirakı ilə Avropa standartlarına uyğun tədrisi haqda da danışıb. Nazir Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində Azərbaycanın qarşılaşdığı problemləri də vurğulayıb. Səfər çərçivəsində F. Məmmədov Serbiyanın ədliyyə naziri Snejana Maloviç ilə də görüşüb. Görüşdə əməkdaşlığın perspektivləri və təcrübə mübadiləsi haqda fikir mübadiləsi aparılıb. S. Maloviç qarşılıqlı fəaliyyətin inkişafı məqsədilə iki ölkənin Ədliyyə Nazirlikləri arasında əməkdaşlığa dair sənəd imzalamaq niyyətini də bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR