Bank Of Baku

Tovuzun Ağdam kəndində çaqqallar evlərə hücum edir

Tovuzun Ağdam kəndində çaqqallar evlərə hücum edir
# 12 dekabr 2008 07:03 (UTC +04:00)
Tovuz. Nəzakət Məşədiəliqızı - APA. Ermənistanın Berd rayonu ilə həmsərhəd olan Tovuzun Ağdam kəndində yırtıcı heyvanların sayı son vaxtlar artıb. Ağdam kənd sakinlərinin APA-nın qərb bürosuna verdiyi məlumata görə, əsasən də, çaqqallar gecələr həyətdəki toyuq-cücəyə hücum edir: “Kənddə çaqqalların sayı artıb. Çaqqallar artıq 30-40 evə hücum edib, toyuq-cücəni yeyib. Biz bu yırtıcı heyvanlardan ev heyvanlarına yoluxucu xəstəliklərin keçəcəyindən də ehtiyatlanırıq”.

Sakinlərin sözlərinə görə, çaqqalların artmasına səbəb meşələr ermənilərin nəzarətində olduğundan onların ovla məşğul ola bilməmələridir. Kənd camaatı hesab edir ki, kütləvi şəkildə artan vəhşi heyvanlar cəbhə xəttindəki neytral zonadan bu tərəfə keçir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR